Dərc edildi: Baxış sayı: 1006
Xəstə Qasım - Görüncə
Gözəllər gözəli, şahi-gülbədən,
Didəm ağlar mən camalm görüncə.
Aşıq deyər: görüncə,
Siyah telin görüncə,
Get bir mərdə qul ol sən,
Namərd üzün görüncə.
Mina gərdən, büllur buxaq, diş inci,
Çəkilibdi hilal qaşlar gör incə.
Kim yetikdi həqiqətin evinə,
Həqiqətin, mərifətin evi nə?
Aşıq deyər: evinə,
Xanəsinə, evinə,
Yağıb qəmlər yağışı,
Viran könlüm evinə.
Dolanmaym heç namərdin evinə,
Gözü çıxar bir qonağı görüncə.
Kim cahanda aşıq oldu avara,
Dolandı dünyanı qaldı avara,
Aşıq deyər: avara,
Məcnun gəzər avara,
Uyma namərd felinə,
Səni qoyar avara.
Xəstə Qasım, nə gəzirsən avara,
Ölüm yeydi bu günləri görüncə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət