Dərc edildi: Baxış sayı: 674
Xəstə Qasım - Bir ola
Dörd dəvriş istərəm Əhmədi Ləzgi,
Bütün bu dünya ilə başı bir ola.
Haqqın adın zikr eyliyə dilində,
Dolana gərdişi işi bir ola.
Bir otaq istərəm gümüşdən kanı,
Onun kərpicini gətirən hanı?
Bir heyvan istərəm qırx iki canı,
Başı qoltuğunda, döşü bir ola.
Mən bir nər istərəm götürə dağı,
Əvsarını çəkə Əliyən Nağı.
Cənnəti rizvanı behiştin bağı,
Altmış min bostanın işi bir ola.
Xəstə Qasım deyər neçə min neçə,
Yetmiş min darvaza, səksən min küçə.
Bir alim istərəm bu sirri seçə,
Hər biri min kəlmə, başı bir ola.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət