Slimfit
  1. ARAŞDIRMA

Xərçəngin əsas səbəbi açıqlandı: 30 illik araşdırma

Xərçəngin əsas səbəbi açıqlandı: 30 illik araşdırma
Sakura

Xərçəngin əsas səbəbi açıqlandı: 30 illik araşdırma

Amerianın Baylor Tibb Kollecinin tədqiqatçıları müəyyən bir gen mutasiyasının xərçəngin inkişafına töhfə verdiyi qənaətinə gəliblər.

FaktXəbər-in "MedicalXpress"ə istinadlı məlumatına görə, söhbət xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almağa qadir olan TP53 genindən gedir. Nəşrin bildirdiyinə görə, elm adamları 32 müxtəlif xərçəng növünün 10 min 225 nümunəsini araşdırıb və 30 il ərzində formalaşan verilənlər bazasında olan 80.000 mutasiya ilə müqayisə ediblər.

Bu böyük miqdarda məlumatı təhlil etdikdən sonra, TP53 gen mutasiyasının xərçəngin inkişafı ilə necə əlaqəli olduğu barədə daha dolğun bir informasiya ortaya çıxıb. Həmçinin bildirilir ki, TP53 ilə əvvəllər araşdırmalar aparılıb, ancaq ilk dəfə olaraq alimlər bu qədər çox sayda şiş və xərçəng növünü araşdırdıqları qeyd edilib.

"TP53 üzərində aparılan araşdırmaların əksəriyyəti xərçəngin bir növünə yönəlib. 32 fərqli onkologiya növünə baxdıqda, xərçəng növündən asılı olmayaraq müəyyən modellərin davam etdiyini görürsən", - deyə tədqiqatçılar qeyd edir.

Nəticələrin xərçəngin müalicəsində yeni yanaşmaların inkişafına kömək edə biləcəyi də bildirilir. Elm adamları hətta TP53-ü bədənin xərçəngin inkişafının qarşısını alan "qapıçı" adlandırırlar.

"TP53 xərçəngin qarşısının alınmasında ən vacib qapıçılardan biri olduğundan, bu geni nə qədər yaxşı başa düşsək, xərçəng biologiyasının əsaslarını da bir o qədər yaxşı başa düşə biləcəyik", - deyir tədqiqatçılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR