Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xərçəngə səbəb olan 10 ərzaq məhsulu

Xərçəngə səbəb olan 10 ərzaq məhsulu
Sakura

Xərçəngə səbəb olan 10 ərzaq məhsulu

2005-ci ildə aparılan tədqiqat sübut etdi ki, anadan olan körpənin orqanizmində 200 sənayə kimyəvi maddəsi aşkar edilir.

Ölkə.Az” xəbər verir ki, hər il ərzaqlara 15 milyon kilo rəng vurulur və bu kimyəvi maddələr allergiya, ilithab, autizm, hiperaktivlik və diqqət pozğunluğuna səbəb olur. Amma bu hələ başlanğıcdır.

Ehtimal edilir ki, genetikası modifikasiya edilmiş qidalar xərçəngə səbəb olur! Bu gün “Ölkə.Az” oxucularına xərçəng xəstəliyinə səbəb olan ərzaqların siyahısını təqdim edirik.

10. Üzərində “Pəhriz” yazılan məhsullar

Pəhriz qidaları xeyirdən çox ziyan vurur. Müxtəlif əlavələrin köməyi ilə bu ərzaqlar kimyəvi cəhətdən sürətlənir və şəkər və unla emal edilir. Avropa Təhlükəsiz Qida Agentliyinin xəbərinə əsasən, pəhriz qidalarında ən çox geniş yayılan aspartamdır. Aspartam xərçəng və bir sıra xəstəliklərin yayılmasına, yaranmasına səbəb olur.

9. Süni yetişdirilən qızıl balıq

Əgər siz restoranda və dükanda qızıl balıq sifariş edirsinizsə, onun fermada yetişdirildiyindən və ya çaydan tutulduğundan əmin olun. Fermalarda qızıl balıqlar tərkibində yüksək miqdarda yağ, konsentrant və tərkibində digər kimyəvi məhsullar olan qidalarla yemlənir. Balıq yağının tərkibində kimyəvi çirkləndirən maddə var. Bu səbəbdən fermada yetişdirilən balığın tərkibində çayda tutulan balığa nisbətən 30 dəfə çox bit və zəhərli maddə var.

8. Ponçik

Ponçik çox yüksək tempraturda hazırlanır. Bu zaman akrilamid formalaşır. Bu maddə siqaret, rəng və plasmasın tərkibində olur. Çips və fri də yüksək tempraturda hazırlanır. Bu isə bu qidaları xərçəngə səbəb olan ərzaqlar siyahısına əlavə edir.

7. Konservləşdirilmiş pomidor

Bir çox konservləşdirilmiş ərzağın tərkibində A bisfenolu olur. Bu maddə xərçəngin müxtəlif növləri, ürək-damar xəstəlikləri və bağırsaq problemi ilə əlaqəlidir. Bununl yanaşı, konservləşdirilmiş pomidor xüsusilə təhlükəlidir. Çünki tərkibində bisfenolun miqdarı çoxdur. Alimlər qeyd edirlər ki, bisfenol beyində genlərin iş prinsipinə mənfi təsir edir.

6. Emal edilmiş ət məhsulları

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı emal edilmiş əti siqaretlə eyni kateqoriyaya salıb. Məlum olub ki, sosis, kolbasa, vetçina xərçəngə səbəb olur. Gündə 50 qram emal edilmiş ət qəbul etmək xərçəng riskini 18% artırır.

5. Popkorn

Bəzi tədqiqatlar sübut edir ki, popkorn üçün mikrodalğalı sobada hazırlanma qaydası da zərərlidir. Bu zaman yaranan kimyəvi məhsul xərçəngə səbəb olur.

4. Çirkli meyvə və tərəvəz

Alimlər təbii yetişdirilmiş meyvə və tərəvəzdən istifadə etməyi məsləhət görür. Çünki gübrə və kimyəvi məhsullarla yetişdirilən meyvə və tərəvəz orqanizmə ziyan vurur.

3. Çips

İngilis alimləri müəyyən ediblər ki, gündə 1 ədəd çips yemək il ərzində 2 kq kökəlməyə səbəb olub. Çips yüksək tempraturda hazırlandığı üçün akrilamid, kanserogen maddələri yaranır. Bu maddələr isə siqaretin də tərkibində var. Çips ağız boşluğu, boğaz, qida borusu, udlaq, ciyər, süd vəzi və yumurtalıq xərçəngi riskini artırır.

2. Qazlı içkilər

Qazlı içkilərin tərkibində şəkər və süni şirinləşdiricilər var. Çoxlu qazlı su içmək çəki artımı və piylənməyə səbəb olur. Süni şirinləşdirici kanserogen maddə sayılır. Bu isə beyin şişi riskini artırır.

Qazlı sulardan istifadə etmək leykemiya, limfoma və mieloma riskini də artırır. Rəngli qazlı içkilərin tərkibindəki maddə xərçəng riskini artırır. Məsələn, həftədə iki dəfə qazlı su içmək mədəaltı vəz xərçəngi riskini iki dəfə artırır.

1.Genetikası dəyişdirilmiş qidalar

GMO ilk dəfə 1996-cı ildə tətbiq edilib. Autizm xəstəliyi isə bundan sonra artıb. Bundan başqa, sonsuzluq, mədə-bağırsaq xəstəliyi kimi problemlər də artıb. Bu səbəbdən imkan daxilində bu tip qidalardan uzaq durun.

Hikmət Həsənov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR