Slimfit
  1. ELM

Xərçəngə qarşı "əyləc" immuniteti tapılıb

Xərçəngə qarşı "əyləc" immuniteti tapılıb
Sakura
:0

Xərçəngə qarşı "əyləc" immuniteti tapılıb

Ens.az xəbər verir ki, alimlər şişlə mübarizədə vacib amil ola biləcək immun fəallığı üçün təbii əyləc kəşf ediblər. Bu, xərçəng immunoterapiyasının daha təsirli olmasına və bəlkə də xərçəng üçün yeni müalicə üsullarının tapılmasına kömək edəcəkdir.

Təbii əyləc mexanizmlərinin köməyi ilə insanın immun sistemi , sağlam toxumalarda həddən artıq avtoreaksiyanın və iltihabın qarşısını alır. Xərçəng hüceyrələri bundan faydalanır, bu da immun hüceyrələri ilə toqquşmaların və bütövlükdə immunitet sisteminin fəaliyyətinin azalmasının qarşısını almağa imkan verir. Amerika Birləşmiş Ştatlarından bir qrup alim immunitetin yeni kritik əyləcini - EGR4 molekulunu kəşf ediblər.

Təcrübələr göstərib ki, EGR4- ü immun hüceyrələrindən çıxarmaq immunitetin " əyləcini endirir" və qatil hüceyrələrin aktivləşməsinə imkan yaradır.

T hüceyrələrin fəallığı öz növbəsində, şiş əleyhinə immuniteti artırır və xərçəng hüceyrələrinə daha yaxşı hücum etməyə imkan verir.

Elm adamları EGR4 gen zülalları ilə yatırdılmış siçanları müşahidə etməyə başladıqda, daha az metastaz ilə daha yavaş bir şiş böyüməsini müşahidə ediblər. Normal zülalarla olan nəzarət qrupundakı gəmiricilərdə belə yaxşılaşmalar müşahidə olunmayıb.

Komanda xərçəng əleyhinə müalicənin təkmilləşməsində EGR4-ün böyük potensialını görür. Məsələn, EGR4-ni xərçəng xəstəsinin T hüceyrələrindən çıxarmaq və sonra bu hüceyrələrin yenidən bədənə qaytarılması, mövcud immunoterapevtik yanaşmaların effektivliyini artıra bilər.

Digər bir araşdırmada alimlər zərərli hüceyrələrin səthində, onları daha aqressiv edən molekullar tapdılar. Onların kəşfi metastazların sürətli inkişafının yeni səbəblərinə işarə edir.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR