Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xərçəng, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ədviyyat

Xərçəng, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ədviyyat
Sakura

Xərçəng, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ədviyyat

Günümüzün ən bahalı ədviyyatlarından biri olan zəfəran lap qədim zamanlardan dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərin müalicəsində faydalıdır. E-tibb.az zəfəranın sağlamlığa faydalarını sadalayır.

Xərçəng əleyhinə xüsusiyyəti var

Zəfəran karotenoidlərlə zəngindir. İki ana karotenoidi krosin və krosetindir ki, bunlar qidalara sarı rəng verir. Araşdırmalar zəfəranın xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərmədədir. Bəzi tədqiqatlar bu ədviyyatın prostat və süd vəzi xərçənginə qarşı anti proliferativ (çoxalmağın qarşısını alan) təsiri olduğunu ortaya çıxarıb. Bundan əlavə, leykoz hüceyrələrinin böyüməsinin qarşısını aldığı və ağciyər xərçənginə qarşı pro apoptotik (programlanmış hüceyrə ölümünü xəbərdar edən) təsiri olduğu aşkarlanıb.  

İştahanı nizamlayır

Arıqlamaq istəyənlər zəfəranı sınaqdan keçirə bilərlər, çünki yemək istəyini aradan qaldırır. Bununla bağlı aparılmış təcrübə zamanı zəfəran qəbul edən qadınlarda iştahanın 55 % azaldığı müəyyənləşib. Əlavə olaraq 8 həftə boyunca təxminən 1 kq çəkinin azaldığı müşahidə olunub. Zəfəran beynin serotonerjik sistemini hədəfləyərək, yemək arzusunu aradan qaldırır. Bu sistem iştah, ruh halı, hətta şəkər istəyinə təsir edir. 

Antidepressant təsiri var

Zəfəran ənənəvi fars tibbində antidepressant kimi istifadə olunub. Son tədqiqatlar da bu ədviyyatın insanın əhvalını yaxşılaşdırmaqda faydalı olduğunu təsdiqləyir. Belə ki, 6 həftəlik bir araşdırma zamanı xəstələr gündəlik 30 mg zəfəran qəbul ediblər. Sonda  iştirakçılarda depressiya əlamətlərinin xeyli azaldığı müəyyənləşib. Araşdırmaçılar belə bir nəticəyə gəliblər ki, zəfəran zəif və orta dərəcəli depressiyalarda istifadə olunan dərmanlarla eyni təsirə malikdir.

Yaddaş funksiyalarını artırır

Heyvanlar üzərində aparılan araşdırmalar zəfəranın demans (ağılın zəifləməsi) və yaddaş itkisinə qarşı güclü təsirə malik olduğunu göstərməkdədir. Aparılan klinik tədqiqat zamanı isə zəif və orta dərəcəli Alzheimer xəstələrinin istifadə etdiyi ənənəvi dərman qədər faydalı olduğu müəyyənləşib.

Yan təsirləri  

Adətən 6 həftəyə qədər qəbul etmək olar. Yan təsirlərinə ağız quruluğu, baş gicəllənmə, keyimə, mədə bulantısı, iştaha dəyişikliyi və baş ağrısı daxildir. Bəzi adamlarda allergik reaksiyalar ortaya çıxa bilər. Ağız yoluyla yüksək miqdarda qəbul etdikdə zəhərlənməyə, dəri, göz, selikli qişalarda saralmaya, qusma, baş gicəllənməsi, qanlı ishal, burun, dodaq və göz qapaqlarında qanama və keyiməyə səbəb olar. 12-20 qramlıq dozalar ölümə gətirib çıxara bilər. Depressiya və Alzheimer kimi problemlərdə gündəlik istifadə 30 mq-nı keçməməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR