Slimfit
  1. SİYASƏT

Xələf Xələfov: "Azərbaycan və Türkiyə arasında viza rejimi olmamalıdır"

Xələf Xələfov: "Azərbaycan və Türkiyə arasında viza rejimi olmamalıdır"
Sakura

Xələf Xələfov: "Azərbaycan və Türkiyə arasında viza rejimi olmamalıdır"

"Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, iki ölkə arasında viza rejimi olmamalıdır".

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda çıxış edərkən deyib.

Nazir müavini bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur.

"Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?", - Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub: "İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımından bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR