Slimfit
  1. MARAQLI

Xasiyyətimizin bilinməyən yanı

Xasiyyətimizin bilinməyən yanı
Sakura

Xasiyyətimizi formalaşdıran xüsusiyyətlərin bir çoxuna bələd olsaq da, bizi biz edən başqa gizli yanlar…

Xasiyyətimizi formalaşdıran xüsusiyyətlərin bir çoxuna bələd olsaq da, bizi biz edən başqa gizli yanlar da var.

Biz adətən xasiyyətləri gördüyümüz fərqlər əsasında ayırırıq - Sara gülərüz və çoxdanışandır, John çox əsəbidir, Noah isə səliqəli və təmizkardır. Bu fərqlər fərdə xasdır.

Amma biz diqqətimizi təkcə görünən davranış üzərində cəmləsək, xasiyyətin kökündə duran xüsusiyyətləri görə bilmərik.

ədənimizin içinə nəzər salmaq bizə yaxşı ipucları verəcək. Və elmin son əldə etdiyi nəticələr fonunda xasiyyətimizin hormonlar və immun sistemimizdən tutmuş bağırsağımızdakı mikroblara qədər biologiyamızdan asılı olduğu üzə çıxıb.

Əldə edilən yeni məlumatlar müstəsna əhəmiyyət kəsb edir. Çünki xasiyyət - xüsusilə də diqqətlilik və nevrotiklik - güclü şəkildə bizim gələcək əqli və fiziki sağlamlığımız və uzunömürlülülüyümüz ilə bağlıdır. Bunun izahını xasiyyətin fizioloji əsasını açaraq tapa bilərik.

Psixologiyanın qurucu ataları da elə bu sual haqqında düşünüblər.

1961-ci ildə ABŞ psixoloqu Gordon Allport yazırdı ki, "gələcəkdə nə vaxtsa xasiyyət ilə bağlı təsdiqlənmiş faktların insan biologiyasının təsdiqlənmiş faktları ilə əlaqəli olduğu üzə çıxacaq," lakin o, bunun üçün biologiyanın bir az daha irəli getməli olduğunu qəbul edirdi.

Biz adətən xasiyyətləri gördüyümüz fərqlər əsasında ayırırıq

Eyni onilliyin növbəti illərində Almaniyada doğulan ingilis psixoloqu Hans Eysenck Xasiyyətin Bioloji Əsası adlı kitab yazır. Kitab, fiziologiyada psixologiyanın əsaslarıni görən yazıçının ərsəyə gətirdiyi təcrübi xəritə idi.

1987-ci ildə o, əkizlər üzərində apardığı tədqiqatda xasiyyətin genetik əsaslı olduğu fikrini dilə gətirir və yazırdı ki, "əgər bu həqiqətən də belədirsə, o zaman orqanizmin müəyyən fizioloji quruluşları, biokimyəvi sekresiyaları və başqa bioloji xüsusiyyətlərində əks olunmalıdır...".

Eysenck və digərləri xasiyyətimizin daha çox beyindəki artma səviyyələrindən qaynaqlandığına inanırdılar və onların ideyaları introvert və ekstrovertlər arasındakı fərqlər üzərində cəmlənirdi.

Onlar elmin son gəldiyi nəticəyə - xasiyyətimizin dərimizin altında yatdığına təəccüblənib sevinərdilər.

Götürək stressli olarkən ayrılan kortizol hormonunu. Kortizol və şəxsiyyəti əlaqələndirən əvvəlki araşdırmalar fərqli nəticələr göstəriblər.

Amma həmin araşdırmalar arabir götürülən tüpürcək yaxmaları əsasında aparılmışdı ki, bu da heç ideal sayılmaz.

Çünki kortizol səviyyəsi bir gün içində düşüb-qalxır, o ki qalmışdı həftələr və aylar ərzində.

Fəqət 2017-ci ilin sonlarında çap olunan bir tədqiqat, 2000-dən çox iştirakçının saçındakı kortizol səviyyəsini yoxlayaraq bu problemi aşa bilib.

İştirakçılar həm də xasiyyətlə bağlı sualları cavablandırıblar. Tədqiqatçılar hər iştirakçının saçından 3 sm kəsiblər. Bu isə son üç ay ərzində yığılan kortizolu ölçmək imkanı verib.

Diqqətlilik (özünə qarşı intizam, qaydalılıq və məqsəd ilə izah olunur) xüsusiyyəti üzrə yüksək nəticə göstərən insanların saçlarında kortizol səviyyəsi aşağı olub.

Ən mühümü isə tədqiqatçılar iştirakçıların pəhriz forması, idmanla məşğuliyyəti və spirtli içki qəbuluna baxaraq nə qədər sağlam həyat sürdüklərinə də nəzər salıblar.

Diqqətliliyin bütün bu ölçülər üzrə sağlamlıqla üst-üstə düşməsi heç də təəccüblü deyil.

Ən vacibi isə sağlamlıqla bağlı bu faktorları nəzərə alınmadan belə, saçdakı kortizol səviyyəsi ilə diqqətliliyin əlaqəsinin eyni qalmasıdır.

Xasiyyətimiz hormonlar və immun sistemimizdən tutmuş bağırsağımızdakı mikroblara qədər biologiyamız bir çox tərəfləri ilə əlaqəlidir

Buna görə də tədqiqat yüksək diqqətliliyə malik insanların daha az stress keçirdiyini göstərən ilkin dəlildir.

Yəni, aşağı kortizol səviyyəsi sağlam həyatın nəticəsi deyil. Buna səbəb, adi fizioloji halda belə onların stressə qarşı daha az həssas olmalarıdır. Bu isə onların daha uzun və sağlam həyat sürmələrinə kömək olur.

Sağlamlıqla güclü şəkildə bağlı olan başqa bir xüsusiyyət də var: nevrotiklik.

Bu xüsusiyyətə malik olan insanlar əsəb, mübahisə, aşağı əhval və narahatçılığa meyllidirlər.

Onların fiziki sağlamlığı da ürəkaçan olmur. Son nəticələrə əsasən, qəribə səslənsə də, bağırsaqda yaşayan mikrobakteriyadan asılıdır.

2017-ci ildə dərc olunan başqa bir tədqiqatda tədqiqatçılar 672 könüllünün nəcis nümunəsinin DNT-sini analiz ediblər.

Könüllülər həm də xasiyyətlə bağlı sualları cavablandırıblar.

Pəhrizlərdəki fərqləri qaydasında qoyduqdan sonra belə, tədqiqatçılar yüksək nevrotiklik səviyyəsi ilə bir çox patogenlərdən ibarət qamma-proteobakteriya arasında kiçik, lakin mühüm əlaqə aşkarlayıblar.

Biz fiziki və əqli sağlamlığımız üçün tez-tez "yaxşı" bağırsaq mikrobları və pis mikroblar haqqında eşidirik.

 

Qamma-proteobakteriyanın tərkibində ikinci kateqoriyaya uyğun gələn ziyanlı bakteriya var.

Artan səviyyə xroniki şişkinlik göstəricisi də ola bilər (kəskin şişkinlik bədənin yara və infeksiya ilə mübarizəsinə kömək olur, amma xroniki şişkinlik ziyanlıdır).

Stressli olarkən ayrılan kortizol hormonunu saçımızda ölçmək mümkündür

Yaxşı mikroblar isə sağlamlığa yaxşı təsir göstərdiyi kimi, beyin inkişafı üçün də mühümdür.

Bu tədqiqatda da diqqətlilik mikrobiom ilə əlaqələndirilib.

Daha az diqqətlilik iştirakçıların "yaxşı" bakteriya sayılan və xroniki şişkinliyin qarşısını alan və sağlam çəkinin qorunmasını təmin edən lachnospiraceae bakteriyası daha aşağı olub.

Xasiyyət ilə mikrobiomun əlaqəsi daha çox nevrotik olub və bu da daha az diqqətli olan insanların xəstəliklərə qarşı digərlərindən daha həssas olduğuna da aydınlıq gətirir.

Lakin qarşımızdakı mənzərə hələ də qarışıqdır. Bu yeni araşdırmalar isə yalnız ilkindir.

Nəyin birinci gəldiyini müəyyənləşdirmək hələ qeyri-mümkündür - bağırsaqdakı mikrobakteriyaya təsir göstərən xasiyyətdirmi, yoxsa əksinə? Bir şeydən isə əminik: hər ikisi həyatımızın erkən dönəmi ilə bağlıdır.

2015-ci ildə aparılan bir araşdırma göstərib ki, bağırsaq mikrobakteriyasının xüsusiyyətləri 18-27 aylıq körpələrin temperamenti ilə üst-üstə düşür.

Anaların şən və daha aktiv deyə tərif etdikləri balacaların bağırsaq bakteriyaları da daha yaxşı olub. Bu isə sağlamlıq üçün çox xeyirlidir və heç də pəhrizdəki fərqlərdən asılı deyil.

Bədəndəki xroniki şişkinliyin xasiyyət ilə bağlı başqa bir göstəricisi də var.

2014-cü ildə 26 mindən artıq nəfər üzərində aparılan bir tədqiqat göstərib ki, yüksək diqqətlilik göstərən insanlarda proteinin müəyyən növlərini daha az istehsal olunur.

Qan nümunələrinə əsasən, buraya C-reaktiv və interleukin-6 proteinləri də daxildir.

Yüksək açıqlıq (yeni şeyləri yoxlamaq həvəsi və estetik həssaslığa meyllilik) də C-reaktiv proteininin aşağı olması ilə bağlıdır.

Tədqiqatçılar, sonuncu əlaqənin açıqfikirli insanların daha aktiv və intellektual baxımdan fərqli həyat tərzi sürmələrini izah etdiyini düşünürlər. Bu isə onlarda sistematik şişkinliyi azaldır.

Beyinin inkişafında yaxşı mikrobların vacib rolu var

Beyinin inkişafında yaxşı mikrobların vacib rolu var

Əlbəttə ki, mikrobiom və ya C-reaktiv proteini səviyyəsi haqqında çox az adam düşünür. Fəqət bədənimizin qan təzyiqi və ürək döyüntüsü kimi bizə daha tanış olan xüsusiyyətləri də xasiyyətimizdən asılıdır.

5 mindən çox 50 yaşlarında britaniyalı üzərində aparılan və 2017-ci ildə çap edilən bir araşdırmada, hiper-gərgin insanların nevrotik xüsusiyyətlər üzrə daha çox xal topladığı üzə çıxıb.

Diqqətlilik üzrə isə onlar aşağı xal toplayıblar. Beləliklə, bu iki xüsusiyyətin fiziki sağlamlığa təsir göstərən başqa bir yolu üzə çıxıb.

Aşağı ürək döyüntüsü fiziki sağlamlıq göstəricisi sayılsa da, söhbət xasiyyətə gələndə nəticələr daha da qəlizləşir. B

ir neçə tədqiqat göstərib ki, aşağı ürək döyüntüsü yüksək psixopatlıq ilə üst-üstə düşür. Bu təsvirə uyğun insanlar süni cazibə, qorxusuzluq və impulsivlik sərgiləyirlər.

Aşağı ürək döyüntüsü ilə aqressiv və kriminal davranışı arasındakı əlaqəni nəzərə alsaq, əslində burada qeyri-adi heç nə yoxdur.

İki əsas izaha aşağı ürək döyüntüsünün qorxusuzluq göstəricisi olduğu və bəzi psixopat insanların rahatlığı şiddət və münaqişədə tapmasına yol açan naxoşluq halı daxildir. Yenə də bu ideyaları sınamaq üçün daha çox tədqiqata ehtiyac var.

Xasiyyətimizin bədənimizin fiziki bəzəyindən asılı olduğu aydındır.

Ola bilsin ki, yaxın gələcəkdə xasiyyətimizi tamamilə müxtəlif yolla ölçmək mümkün olacaq.

Anketlərdən istifadə etmək və davranışı izləmək əvəzinə biz bəlkə də insanı formalaşdıran proteinlər, hormonlar, mikrobakteriya və nəbzi yoxlamaq üçün qan analizləri və ürək döyüntüsünü ölçən monitorlarla kifayətlənəcəyik.

Bəlkə də Gordon Allport-un illər öncə ümid etdiyi kimi xasiyyətin biologiyası ilə psixologiyanın birbaşa əlaqəsini görə biləcəyik.

Dr. Christian Jarrett Britaniya Psixologiya Cəmiyyətinin Tədqiqat Analizi bloqunun redaktorudur. Onun növbəti kitabı Personology 2019-cu ildə çapdan çıxacaq.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR