Slimfit
  1. AZƏRBAYCAN

Xarkovda yaşayan soydaşlarımızla görüş keçirilib

Xarkovda yaşayan soydaşlarımızla görüş keçirilib
Sakura

Xarkovda yaşayan soydaşlarımızla görüş keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyi Xarkov şəhərində yaşayan soydaşlarımızla görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, Xarkovdakı fəxri konsulluğumuzda keçirilən görüşdə səfirliyin müşaviri Vüsal Süleymanov və Daxili İşlər Nazirliyinin səfirliyin nəzdindəki nümayəndəsi polkovnik Şahin Qocayev iştirak ediblər.

Görüşdə soydaşlarımızın müraciətləri ayrı-ayrılıqda dinlənilib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, müzakirə olunan məsələlər qeydə alınaraq araşdırılacaq. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

V.Süleymanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR