Slimfit
  1. PSİXOLOGİYA

Xarizmanı artırmağın 6 yolu

Xarizmanı artırmağın 6 yolu
Sakura

Xarizmanı artırmağın 6 yolu

1. Ünsiyyətcil olun, mümkün qədər evdən bayıra çıxın və digər insanlarla əlaqə qurun.
2. Bir qərar qəbul edərkən, onun digər insanlara necə təsir edə biləcəyi barədə düşünün.
3. Özünüzü sevin, özünüzə dəyər verin. Əgər özünüzü sevmirsinizsə və qeyri-adiliyinizə inanmırsınızsa, o zaman heç kəs də ona inanmayacaq. Lakin unutmayın, özünün özündən xoşu gəlmə və eqoizm məsələsində ifrat və təfritə varmayın.
4. Aktiv olmağa çalışın, maraqlı olduğunuz işlərlə məşğul olun. Nə qədər çox fərqli məşğuliyyətiniz olsa, bir o qədər yaxşıdır. Nəyləsə məşğul insan həmişə digərlərini heyran edir və onları gözəl, müsbət, yaradıcı enerji ilə təmin edir.
5. Pozitiv və həmişə şad olun. Ətrafda ancaq və ancaq problemlər olduqda, müsbət nəticə əldə edəcəyinizə inanın. Hətta mənfilərdə belə müsbətləri axtarmağı öyrənin.
6. Qulaq asmaq, eşitmək və insanları anlamağı öyrənin. Əsl xarizma – daxildən gələn bir şeydir. Səmimi qəlblə özünüzə və öz gücünüzə inanın, müsbət enerji saçın və bir də görəcəksiniz ki, xarizmatik və cazibədar bir insan olmusunuz.

 

Mənbə: KarnegiKlub Treninq Mərkəzi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR