Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Xarici universitetlərdə təhsil haqqını ödəyə bilməyənlər üçün ümid - “Bu tarixdə bəlli olacaq”

Xarici universitetlərdə təhsil haqqını ödəyə bilməyənlər üçün ümid -  “Bu tarixdə bəlli olacaq”
Sakura

Xarici universitetlərdə təhsil haqqını ödəyə bilməyənlər üçün ümid - “Bu tarixdə bəlli olacaq”

Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs kimi  “Xaricdə təhsil alanlara maliyyə yardımının göstərilməsi” prosesində iştirak edəcək.

Bu qurum Prezident yanında Gənclər Fondunun əsasında yaradılıb və onun vəzifələrindən biri ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir.

Bu gün ölkə xaricində oxuyan tələbələr arasında  maddi problemlərlə  üzləşənləri də  var. Bir-ikinci kursu  ölkə xaricində oxuyan tələbə bəzən təhsil aldığı universitetdə illik haqqını ödəməkdə çətinlik çəkir.

AzEdu.az təhsil portalına adının çəkilməsini istəməyən, hazırda ölkə xaricində oxuyan tələbənin ünvanlandığı sual Gənclər Fondunun maliyyə yardımı ilə bağlı qaydalarını yenidən gündəmə gətirməyi aktuallaşdırır:

“Oxuduğu xarici ölkə universitetində illik təhsil haqqını ödəyə bilməyən azərbaycanlı tələbə Gənclər Fondunun maliyyə yardımından faydalana bilərçmi?” 

Fondun Beynəlxalq əməkdaşlıq şöbəsindənAzEdu.az-a verilən məlumata görə,   Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən xaricdə təhsil alanlara maliyyə yardımı,  hansı qaydalar və şərtlər əsasında  şamil edilməsi,üzrə hazırlıq işləri gedir.

Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanıb və bu Proqram çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.

Bilməli olduğumuz zəruri qaydalar 

Prezident İlham Əliyevin 2018-ci il 29 avqust tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən, Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, gənclərin xaricdəki nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasını Fond müvafiq tələbləri nəzərə almaqla həyata keçirəcək.

Qaydanın 9-cu bölməsində bildirilir ki, Gənclər Fondu ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş ixtisasların, elmi dərəcələrin və xarici ali təhsil müəssisələrinin, habelə təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısını hazırlayır və özünün rəsmi internet saytında yerləşdirir. Fond yalnız sözügedən siyahıda olan ixtisasları, elmi dərəcə və ali təhsil müəssisələrini seçmiş gənclərin təhsil prosesini, habelə təcrübə keçmək üçün həmin siyahıda olan beynəlxalq təşkilatları seçmiş gənclərin təcrübə proqramlarında iştirakını maliyyələşdirir.

Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsili müddətində təhsil haqqını, onlara ödəniləcək təqaüdü, onların viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir.

Bundan əlavə, Gənclər Fondu xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsil haqqını illik əsaslarla birbaşa xarici ali təhsil müəssisəsinə ödəyir. Növbəti tədris ili üçün ödəniş xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədin cari tədris ilini müvəffəqiyyətlə başa vurması barədə təsdiqləyici sənədləri təqdim edildikdən sonra həyata keçirilir. Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədə ödəniləcək təqaüdü (bir il müddətinədək), habelə onun viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir. Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq və ya beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədin təqaüdü müvəkkil bank vasitəsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə uyğun aylıq və ya rüblük olaraq, təhsil alan və ya təcrübə keçən şəxsin bank hesabına köçürülür. Beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayrılır. 

Bundan başqa, Gənclər Fondu müvafiq tələblər nəzərə alınmaqla sosial müdafiəyə xüsusi ehtiyacı olub peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərini tam və ya qismən həmin şəxslərin müraciəti əsasında maliyyələşdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR