Slimfit
  1. ARAŞDIRMA

Xarici seriallar “P&G” ni böhrandan necə xilas etdi?

Xarici seriallar “P&G” ni böhrandan necə xilas etdi?
Sakura

Xarici seriallar “P&G” ni böhrandan necə xilas etdi?

Bugünki tarixdən 10 il əvvəl dünya qlobal iqtisadi böhranlardan birini yaşayırdı. Daha əvvəlki belə böhran isə 80 il əvvələ təsadüf edirdi. 1929 – cu il Dünya İqtisadi Böhranı və ya digər adı ilə desək “Böyük Böhran”...

ABŞ – da başlayan və bütün dünyanı öz təsiri altına salan “Böyük Böhran” o qədər şiddətli idi ki, ən böyük şirkətlərə belə təsirsiz ötüşməmişdi. Şirkətlər üçün ölüm qalım mübarizəsinə çevrilən bu böhrandan bəzi şirkətlər ağıllı və cəsur qərarlar qəbul edərək xilas olmağı bacardılar. Bu uğura nail olan şirkətlərdən biri də  “Protector & Gamble”, ya da qısaltması ilə desək “P&G” idi.

Xarici seriallar “P&G” – nin Böhran vəziyyətindən uğurla çıxmasına imkan yaratdı

Şirkətin o vaxtlar əsas istehsal məhsulu sabun idi. “MentalFloss” adlı internet saytının yayımladığı məqaləyə görə böhran başladığı zaman müştərilər sabun almağı dayandırdıqda şirkətin anbarında həddindən artıq məhsul toplanmışdı. Daha sonra, o vaxtlar şirkətin prezidenti olan Richard Deupree böhran vəziyyətində belə insanların sabun kimi əsas təmizlik vasitəsinə ehtiyac duyacaqlarının və insanların şirkətdən sabun alacaqlarının fərqinə vardı. Bu səbəbdən də “P&G” – nin prezidenti reklam xərclərinə qənaət edilməsi fikrinə qarşı çıxdı və şirkət olduqca cəsur bir addım ataraq ticari radio yayımları da daxil olmaqla yeni marketinq üsullarını fəal şəkildə tətbiq etməyə başladı.

Bu kampaniyalardan biri şirkətin əsas müştəriləri olan evdar qadınların marağına səbəb olan radio seriallarının sponsorluğunu həyata keçirmək idi. 1933 – cü ildə şirkət “Oxydol’s Own Ma Perkins” adlı radio serialın yayımına başladı və ölkənin dörd bir yanından olan qadınlar bu hekayələrə heyran oldular. Proqram o qədər böyük uğur qazandı ki, şirkət digər markalarını dəstəkləmək üçün oxşar layihələr başlatdı və iş elə bir nöqtəyə gəlib çıxdı ki, 1939 – cu ildə şirkət belə 21 serial hazırlayırdı. “AdAge” – nin yayımkadığı məlumata görə şirkətin həmin dövrdə raido xərcləri 8.8 milyon dollar təşkil edirdi. Bununla yanaşı 4.8 milyon dollar da jurnal və qəzet reklamlarına xərclənilirdi. Həmin il “P&G” şirkəti ilk ticari televiziya yayımında reklam yerləşdirdi. 1940 – cı ildə isə şirkət xarici seriallar üçün öz departamentini təsis etdi. 1950 – ci ildə ilk müntəzəm yayımlanan serial “The First Hundred Years” – i hazırladı.

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR