Dərc edildi: Baxış sayı: 571
Xarici ölkələrdə Azərbaycan Şərab Evi açılacaq
Xarici ölkələrdə “Azərbaycan Şərab Evi” açıla bilər. Bununla əlaqədar fəal iş aparılır. Qazaxıstan və Çinin bir neçə əyalətində bu cür evlərin açılması planlaşdırılır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
R.Məmmədov deyib: “Bununla yanaşı, yaxın vaxtlarda Rusiyada “Azərbaycan nemətləri” (“Дары Азербайджана”) mağazalarının sayının artırılması planlaşdırılır.
Bütün bunlar Azərbaycanın xarici ticarət dövriyyəsinin artmasına, yeni iqtisadi tərəfdaşlar tapmasına imkan yaradacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət