Slimfit
  1. CƏMİYYƏT

Xaricdəki azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək istəyirlər

Xaricdəki azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək istəyirlər
Sakura

Xaricdəki azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək istəyirlər

Dünyanın nüfuzli ali məktəblərində işləyən azərbaycanlı alimlər, professorlar Qarabağ Universitetinə öz töhfələrini vermək niyyətlərini bildiriblər.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bir qrup elm adamı bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncamı xaricdə yaşayan azərbaycanlılar arasında böyük rəğbət hissi ilə qarşılanıb:

“Onlar Qarabağ Universitetində tədris etmək, öz bilik və təcrübələrini regionda təhsil mühitinin daha da yaxşılaşdırılmasına sərf etmək arzularını bildiriblər”.

Qeyd edək ki, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR