Dərc edildi: Baxış sayı: 466
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı
Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə ikinci sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.
Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət