Dərc edildi: Baxış sayı: 881
Xaqani Şirvani - Təbriz tərəfdədir Qafın qülləsi
Təbriz tərəfdədir Qafın qülləsi,
Könlüm o şəhərdən ayrılmaz bir an.
Tacəddin zamanın Simurğudur ki,
O uca qüllədə salmışdır məkan.
Günəş dövrə vurub gəzdi fələkdə,
Təbrizdə özünə seçdi aşiyan.
Ordadır Məşriqin şaqraq çeşməsi,
Ordadır Moğribin dənizi - ümman!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət