Dərc edildi: Baxış sayı: 942
Xaqani Şirvani - Şerin gözəl fikirləri qanadında uçuram
Şerin gözəl fikirləri qanadında uçuram,
Üfüqlərə nur ciləyən ulduzları qucuram.
Sən mətlələr qəsrini qur fəzilətin bağında,
Şer ağacın bar versin ta yüksələn budağında.
Mətin oldun, səni qəza sıxa bilməz heç zaman,
Hiylə qursa, vura bilməz yerə səni asiman.
Ayağına kölkə salmış yoxsa Simurğ qanadı,
Şərəf olub dünya üçün Cəlil bin-Rafe adı*.
Bilik onda, kərəm onda, ağıl, düha ondadır,
Hər kəlmədə şeriyyətin gövhərini yaradır.
Ona yazdım: düşüncələr səni sıxarsa əgər,
Sözlərimi dinləyənlər qəm oduna su səpər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət