Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Savalan dağının tərifi

Xaqani Şirvani - Savalan dağının tərifi
Sakura

Xaqani Şirvani - Savalan dağının tərifi

Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki, ehram tutan geyər ağ xələt.

Bir yerdə oxudum fəzilətindən,
Üç ildir çəkirəm görməyə həsrət.

Getdim ki, başına dolanım onun,
Dağlar anasıdır çünki o afət.

Başdan ayağadək örtükdədir o,
Deyir: - Bakirəyəm, - açınca söhbət.

Min illər ömr edən bu qoca qarı,
Desə: - Bakirəyəm, - yalandır əlbət.

Gəldi daxmasına Xızr ilə Musa,
Yoxsul daxmasıyçın çəkdi xəcalət.

Qarının yekədir burnu, bu örtük,
O eybi örtməyə eləyir xidmət.

Dedim ki, çadranı üzündən götür,
Kim dedi qız kimi üzünü gizlət?

Dedi ki, dörd aydan sonra bir külək,
Qapanda çadramı, görünər surət.

Xaqani, gəl, onda bakir sözünlə,
Başına çadra sal, anandır, gizlət!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR