Dərc edildi: Baxış sayı: 593
Xaqani Şirvani - Şahların sarayı bir dənizdir ki
Şahların sarayı bir dənizdir ki,
Orada sədəf yox, yüz min nəhəng var.
Arzu gəmisini salmaz heç zaman,
Bu coşğun dəryaya, ağlı olanlar.
Bir inci verməz də, can almaq üçün,
Hər dəqiqə sənə min oyun tutar.
Könül, gəl, sən ağlın pənahında ol,
Ki, ağıl tamahın boynunu vurar.
Bir tikə çörəyə, suya qane ol,
Nə sərvət, nə mənsəb, nə ağa axtar!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət