Dərc edildi: Baxış sayı: 536
Xaqani Şirvani - Rütbəm mənim hümmətimlə uyğun deyil əzəldən
Rütbəm mənim hümmətimlə uyğun deyil əzəldən,
Hümmətim də razı deyil rütbəsindən sərasər.
Xudavənda, bu uyğunsuz işə necə dözüm mən?
Axı neçin uyğun gəlmir taleyimlə bu işlər?
Ya rütbəmi hümmətimə görə qaldır sən, ya da,
Hümmətimi rütbəm qədər alçalt, olsun bərabər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət