Dərc edildi: Baxış sayı: 562
Xaqani Şirvani - Mən dərya könüllü Xaqaniyəm ki
Mən dərya könüllü Xaqaniyəm ki,
Buludum Günəştək ildırım çaxar.
Sən də mənim kimi dəbirsən, lakin,
Mən düzəm, sən isə xəbis, riyakar.
Qan tökür qəssab da, cəllad da, ancaq,
Cəlladla qəssabın böyük fərqi var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət