Dərc edildi: Baxış sayı: 1616
Xaqani Şirvani - Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı
Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı,
Aşiq canı tərk etsə də, ata bilməz cananı.
Məhəbbətin zəncirinə bağlanandan, hər gecə
Salar zülfü halqasına qəlbimdəki halqanı.
Dedi: — Bütün ömrü qoysan, yetişərsən vəslimə,
Məmnun etdi məni, amma tutmadı bu peymanı.
İndi necə bel bağlayım o dildarm əhdinə?
Ömür gödək, fələyinsə yoxdur bizə ehsanı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət