Dərc edildi: Baxış sayı: 691
Xaqani Şirvani - Dəvatımın üzü sadə, içi dərin dəryadır
Dəvatımın üzü sadə, içi dərin dəryadır,
Qara suyu nəhəngiylə əcəb ona oxşayır*.
Görübsənmi, necə sökər dan qaranlıq bağrını?
İki mənada dəvatım nurlu dana oxşayır.
Musa "yədi-beyza"sının timsalıdır bu dəvat,
Qələm dəxi inci səpən bir ilana oxşayır.
Zireh dələn qələmimin uçu - nizə gəzdirən,
Gözətçilər nəzərində bir peykana oxşayır.
Sözlərimlə şahlar kimi döyüşərkən, dəvatım.
Sultanların sursat, silah anbarına oxşayır.
Xaqaninin təbi tutmuş cilovundan Ceyhunun,
Dəvatısa Səmərqəndi - Xızrxana oxşayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət