Dərc edildi: Baxış sayı: 763
Xaqani Şirvani - Dedin ki, heç kəsə baş əymə əsla
Dedin ki, heç kəsə baş əymə əsla,
Çünki, mərd doğuldun bu dünyada sən,
Doğrudur, bu şadlıq gülüstanında,
Gül açdım qocalar duasıyla mən.
Əmim yol göstərdi, kəmala yetdim,
Öyrətdi o mənə çoxlu elmü fən.
Öləndə söylədi: - Görüm, desinlər,
Şərqin də, qərbin də Əfzəli sənsən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət