Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Can bəxş edərəm cana gər ləblə şəkər versən

Xaqani Şirvani - Can bəxş edərəm cana gər ləblə şəkər versən
Sakura

Xaqani Şirvani - Can bəxş edərəm cana gər ləblə şəkər versən

Can bəxş edərəm cana gər ləblə şəkər versən,
Ləbdən mənə, dildarım, bir cani-digər versən.

Qızdrrmalıdır qəlbim, ləlində də neyşəkkər,
Qızdrrmamı dəf eylər neyşəkkər, əgər versən.

Səndən belə bir dərdlə xoşdil deyiləm cana,
Razı olaram bundan bir dərdi-betər versən,

Kuyindəki itdən də əskik mənə ad verdin,
Məndə bu ada layiq varsa bir əsər, ver sən!

Sən bir qaragöz türksən, ağ bir qulunam mən də,
Xoşdur mənə tac versən, yainki kəmər versən.

Pərvanəsiyəm eşqin, şəmində pərim yanmış,
Çırpınmadayam, cana rəhm et, mənə pər ver sən

Qəmzənlə, dodağınla qarşımda dənizsən, bil,
Gah canıma qəsd eylə, gah dürrü göhər ver sən!

Xaqaniyə söz verdin bir vaxt göhər verrəm,
Mən bəxşişə möhtacam, xoşdur bu səhər versən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR