Slimfit
  1. CƏMİYYƏT

Xankəndidə 23 nəfər işlə təmin olundu

Xankəndidə 23 nəfər işlə təmin olundu
Sakura

Xankəndidə 23 nəfər işlə təmin olundu

Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.

O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub:

“Biz sahələri şərti olaraq 3 əsas istiqamətə bölmüşük. Birinci istiqamət - həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. Mobil-operator və çörəkbişirmə sexi artıq Xankəndi şəhərində fəaliyyət göstərir. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkündür", - o deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR