Slimfit
  1. MƏDƏNİYYƏT

Xankəndi necə Stepanakert oldu

Xankəndi necə Stepanakert oldu
Sakura

Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu...

Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı məkrli erməniləşdirmə siyasətindən bəhs edən “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb. Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dilində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

 

Qarabağ Azərbaycandır!

Xankəndi necə Stepanakert oldu

 

1752-ci ildə Şuşa şəhərinin əsasını qoymuş Qarabağ xanı Pənahəli xanın oğlu İbrahimxəlil xan özünün yay iqamətgahını inşa etdirərkən, soyuq payız-qış aylarını keçirmək məqsədilə Şuşa dağının ətəyində yerləşən mənzərəli ərazidə tikinti aparılması göstərişini verir. Həmin ərazi İbrahimxəlil xanın adıyla Xankəndi adlandırılır.

Sonradan İbrahimxəlil xanın oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir.

Qarabağ Xanlığının Rusiya imperiyasına birləşdirilməsini rəsmiləşdirən 14 may 1805-ci il tarixli Kürəkçay və 12 oktyabr 1813-cü il tarixli Gülüstan müqaviləsindən sonra Xankəndinə rus hərbi süvari korpusu yerləşdirilir, bununla da kəndin əvvəlki sakit, firavan həyatı pozulur. 10 fevral 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra bu əraziyə Qacarlar İranıOsmanlı Türkiyəsindən xeyli sayda erməni ailəsi köçürülür, onlar çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilir və silahlandırılırsa da, çar Rusiyasının XIX əsrə aid bütün hərbi və mülki xəritələrində bu yerin adı öz əksini “Xankəndi” olaraq tapır.

https://az.wikipedia.org/wiki/Xankəndi

I Dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər  Rusiyada bolşeviklərin hakimiyyətə gəlişi ilə daha da fəallaşırlar, Osmanlıda gerçəkləşdirə bilmədikləri tamahkar torpaq zəbti, məkrli erməniləşdirmə siyasətini Qafqazda reallaşdırmağa başlayırlar. Bu fəaliyyətin ilkin bəhrəsi bolşevizm siyasətinin köməyi ilə Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur şəhərləri ərazisində tarixdə ilk dəfə “Sovet Ermənistanı” dövlətinin yaradılması olur. Bitib-tükənməz torpaq tamahı ilə bu ərazilərlə də qane olmayan ermənilər bir müddət sonra – 1920-ci illərdə Azərbaycanın Qarabağ torpaqlarına iddia ilə çıxışlar etməyə, onlara yer-yurd vermiş dinc azərbaycanlıları rus silahlı hərbi birləşmələrinin köməyi ilə doğma torpaqlarından sıxışdırmağa başlayırlar. Azərbaycanlılara qarşı törədilən cinayət tərkibli təxribatlar, kütləvi qətllər 1921-ci ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasıyla nəticələnir.

1923-cü ildə Xankəndi şəhərinin adı Moskva tərəfindən Azərbaycana rəhbər təyin edilən rus əsilli Sergey Mironoviç Kirovun qərarı ilə dəyişdirilərək erməni bolşeviklərinin lideri, bolşevik Rusiyası tərəfindən Bakıda sovet-kommunist diktaturası yaradaraq 20 mindən çox azərbaycanlının qətlinə şəxsən başçılıq etmiş Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılır.

1988-ci ildən başlayaraq isə xarici ölkələrdə kök salmış erməni diasporu şəbəkəsinin maliyyəsi və millətçi emissarların təşkilatçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənis­­tana verilməsi tələbini irəli sürən icazəsiz mitinqlər başlayır. Miat­sum adlanan bu hərəkatın ilk hədəfi – vilayətin mərkəzi şəhəri olan Xankəndini azərbaycanlı əhalidən təmizləmək, burada, ümumiyyətlə, azərbaycanlı izini yoxa çıxarmaq, park, küçə, məktəb, mədəni-maarif obyektlərinin adlarını erməni­ləş­dirərək məscid və tarixi abidələri dağıtmaq olur. Həmin illər rəsmi Moskva ilə – SSRİ Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçov və xanımı Raisa Qorbaçovayla gizli razılıq əldə etmiş erməni təşkilatçıları bu istiqamətdə ardıcıl terror aktları həyata keçirməyə başlayırlar. Bu terrorun ilk qurbanı Xankəndi Universitetində təhsil alan azərbaycanlı tələbələr olur. Bu gənclər uzun illərlə davam edəcək Qarabağ müharibəsinin ilk qurbanları idi... Həmin illər doğma yurdlarını tərk etmək istəməyən azərbaycanlıların evləri yandırılır, insanlar mənəvi-fiziki işgəncələrə məruz qalır.

1988-ci ilin sentyabrında ermənilər Xankəndində yaşayan bütün etnik azərbaycanlıları silah gücünə şəhərdən qovub çıxarır, Azərbaycan dövlətinin vəsaiti ilə tikilmiş xeyli sayda zavod, fabrik avadanlığını Ermənistana daşıyırlar... Dağlıq Qarabağda yerləşən rus hərbi hissələrinin silah-sursatı, döyüş texnikası qanunsuz erməni hərbi birləşmələrinin, terrorçu qrupların nəzarətinə keçir.

Xankəndində baş verənlər zəncirvari reaksiya ilə bütün Qarabağı bürüyür... Əhalisinin əksər hissəsi azərbaycanlılardan ibarət olan muxtar vilayət bir neçə ay ərzində tamamilə erməniləşdirilir. 1992-1993-cü illərdə sovetlər birliyinin tərkibindən çıxaraq müstəqil dövlət kimi ilk addımlarını atan Azərbaycanın qeyri-sabit ictimai-siyasi durumundan istifadə edən ermənilərin torpaq hərisliyinin davamı kimi, Azərbaycanın, bir nəfər də erməninin yaşamadığı 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan da işğal edilir.

 

Keçid linkləri:

https://az.wikipedia.org/wiki/Ermənistanda Qarabağ hərəkatı

https://az.wikipedia.org/wiki/Miatsum

 

Uzun illər işğal altında olan Azərbaycan ərazilərinin qaytarılması, qəsbkarların torpaqlardan çıxarılması istiqamətində aparılan diplomatik danışıqlar, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamə heç bir nəticə vermədi. Bu tarixi, bəşəri ədalətsizliyin beynəlxalq ictimaiyyət, dünya siyasət aləmi tərəfindən uzun illər laqeydliklə müşahidə edilməsi azğınlaşmış ermənilərin  yeni ərazi iddiaları – Azərbaycanın Qarabağ bölgəsindən xeyli uzaqda yerləşən Tovuz rayonuna hərbi müdaxiləsi ilə (12 iyul 2020-ci il) nəticələndi.

Ermənilər tərəfindən 27 sentyabr  2020-ci il tarixində pozulan növbəti atəşkəs sonradan xalqımızın əbədi şərəf, qürur mənbəyi olacaq 44 günlük müharibəyə çevrildi. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalçı ermənilərin xarabalıqlara çevirdiyi torpaqlarımızı qanları, canları bahasına qəsbkarlardan azad etməyə, doğma yurdlarda üçrəngli milli bayrağımızı dalğalandırmağa başladı...

10 noyabr isə tariximizə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Günü kimi həkk olundu!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR