Dərc edildi: Baxış sayı: 512
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, Bərdə, Mingəçevir və Yevlaxdan olan qadınlar üçün iki ay müddətində sosial sahibkarlıq, biznes və marketinq planının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlığı, ünsiyyət bacarıqları və s. mövzular üzrə təlim sessiyaları təşkil ediləcək.
Təlimi uğurla başa vuran xanımlar ikinci mərhələdə öz fəaliyyətlərini məsləhətçilərlə davam etdirəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət