Slimfit
  1. CƏMİYYƏT

Xanım polkovnik-leytenant birinci müavin təyin edildi

Xanım polkovnik-leytenant birinci müavin təyin edildi
Sakura

Xanım polkovnik-leytenant birinci müavin təyin edildi

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində kadr dəyişikliyi olub.

Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polkovnik-leytenant Əsmər Ələsgər qızı Salamova Mərkəzin rəis müavini vəzifəsindən azad edilərək rəisin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenant Vüqar Nadirəli oğlu Əsgərov Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi vəzifəsinə isə Adil Abdullayevin birinci müavini polkovnik Zaur Kərimov gətirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR