Dərc edildi: Baxış sayı: 637
Xanhüseyn Kazımlının qızı namizəd oldu
Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlının qızı Əsli Kazımova növbədənkənar parlament seçkilərinə qatılacaq.
Axar.az xəbər verir ki, Ə.Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb.
O, sənədlərini DSK-ya ötən gün təqdim edib.
Qeyd edək ki, X.Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət