Dərc edildi: Baxış sayı: 591
Xameneidən kritik seçki açıqlaması – “ABŞ-a yaxşı cavab olacaq”
İranın ali dini lideri Ayətullah Xamenei fevralın 21-də keçiriləcək parlament seçkilərində səsvermədə iştirakın dini vəzifə olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Xamenei İranın düşmənlərinə qarşı mübarizə aparması üçün bu seçkinin çox vacib olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İran xalqı və rəsmilər arasında qarşıdurma yaratmaq istəyi nəticəsiz qalacaq:
“Seçici aktivliyinin yüksək olması İranın böyük düşməni ABŞ-a yaxşı cavab olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət