Dərc edildi: Baxış sayı: 910
Xameneidən korona açıqlaması: Böyük bəla deyil
Ölkədə koronavirusla bağlı məlumatları şəffaf şəkildə açıqlamışıq.
Axar.az xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei deyib.
O bildirib ki, yeni tip koronavirus (KOVİD-19) bəzi ölkələrdə daha geniş yayılsa da, xalqdan gizlədilir:
“Məsələni bəsitləşdirmək istəmirəm, amma o qədər böyütməyə gərək yoxdur. Bu, ölkədə uzun davam etməyəcək və sona çatacaq. O qədər də böyük bəla deyil və bundan da böyük bəlalar olub”.
Qeyd edək ki, İranda koronavirusa yoluxmalar pik həddə çatıb. Koronavirusun ilkin yayıldığı Qum şəhəri karantin altına alınıb. Koronavirus ölkənin vitse-prezidenti və 23 deputatına da yoluxub.
Hətta yoluxanlar arasında Xameneinin nəvəsinin də olduğu iddia edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət