Dərc edildi: Baxış sayı: 5939
Xaltanlı Tağı - Nədi
Mən fələyin şərbətindən içmişəm,
Həmdəm olan, gəl halımı gör nədi.
Bu dünyada bostan olar, həm solar,
Yemiş nədi, çiçək nədi, bar nədi?
Yığılar bir yana bir beş-onumuz,
Qibləyə çevrilər bizim yönümüz.
Beşcə arşın bez olacaq donumuz,
Atlaz nədi, zərbaf nədi, zər nədi?
Çoxu zail olar, çox bel bükülər,
Beyin qaynar, sümük çatlar, töküler.
Məşhər günü bizə bir ev tikilər
İşıq nədi, baca nədi, dər nədi?
Tağı deyər gözlər doymaz sürmədən,
Qəbrə girər, aşıq yann görmədən.
Altdan torpaq, dörd tərəf daş, lüt bədən
İsti nədi, soyuq nədi, qar nədi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət