Xalqını sevən, xalqın sevgisini qazanan icra başçısı
Bizim ona vəfa borcumuz var- borclu qalmaq yaxşı hal deyil…
Yüksək əxlaq qazanılmır, İlahidən gəlir- Tanrı ondan bunu əsirgəməyib…
Təvazökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var...
İnsanpərvərdir- yaratdıqlarına Yaradana görə ehtiram göstərməyi bacarır…
Diqqətlidir- uşaqdan böyüyə çox adama bundan pay düşüb…
İşgüzardır- əməlləri ilə Yardımlıda tarix yazdı…
Onun necə ürək sahibi olduğunu rayonun Bozayran kəndində dərəyə düşüb yanan maşında həlak olan iki gəncin cəsədini görərkən hönkür-hönkür ağladığının şahidi olanda duyub anlamışdım. Bu mənzərə onu çox təsirləndirmişdi…
Adətən, məmurlar qəbuluna gələn vətəndaşların qarşısında ayağa qalxmağı özünə sığışdırmırlar. O isə yanına gələn hər bir insana xüsusi diqqət göstərir, səbrlə dinləyir, nəvazişlə yola salırdı...
Rəhbərlik etdiyim Yardımlı Xeyriyyə Cəmiyyətinin rayonda keçirdiyi bütün tədbirlərində onun sayğı və diqqətini hiss etdim…
Bu gün Yardımlıda elə bir adam tapa bilməzsiz ki, bu kişidən narazı qalsın…
Xalqla rəhbərin birliyindən çox deyilib, çox yazılıb, hələ bundan sonra da davam edəcək. Nə yaxşı ki, aramızda belə gözəl, belə istiqanlı rəhbərlər var. O, bu birliyin bariz nümunəsidir...
Yardımlıya rəhbərlik etmiş insanların arasında yeganə icra başçısı idi ki, ucqarlığından asılı olmayaraq hər bir kəndin yas məclislərində iştirak etməyi özünə borc bildi, itkilərə görə baş sağlığı verdi. Kimliyindən asılı olmayaraq hər bir vətəndaşın kədərinə şərik oldu. Bunu ancaq yüksək əxlaqa malik olan insan edə bilərdi…
Bu insanın dövlətə, dövlətçiliyə, xalqa bağlı olduğu barədə, işgüzrlığı haqqında çox nümunələr sadalaya bilərdim, amma Allah şahiddirsə yetər…
Əzizimiz Sevindik müəllim, biz sizi çox sevirik, xidmətlərinizi yada salır, varlığınızdan qürur hissi keçiririk. Qarşıdan gələn yeni iliniz mübarək!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox