Slimfit
  1. MƏDƏNİYYƏT

Xalqın ürəyindən doğan ilk Bahar Qızı Xalq artisti Səfurə xanımın vəfatı məni çox üzdü.

Xalqın ürəyindən doğan ilk Bahar Qızı Xalq artisti Səfurə xanımın vəfatı məni çox üzdü.
Sakura

Xalqın ürəyindən doğan ilk Bahar Qızı Xalq artisti Səfurə xanımın vəfatı məni çox üzdü.

Ens.az xəbər verirki,xatirələrdə yaşayan, kommunist rejimində uzun illər yasaq edilmiş, 1967 ildə azadlığa cıxmış Milli Novruz Bayramının unudulmaz, zərif, xalqın ürəyindən doğan ilk Bahar Qızı Xalq artisti Səfurə xanımın vəfatı məni çox üzdü.  Yaxşı insan idi... yaxşı da sənətkar...

...1981ci ildə Moskvada ali teatr rejissorluğunda oxuyurdum. Bakıdan, ailəmdən zəng gəldi, dedilər ki, Akademik Dram Teatrından Lütfü Məmmədbəyli zəng edib ki, Oruca zəng vurun təcili Bakıya gəlsin, teatrda tamaşa hazırlamalıdır. İcazə alıb gəldim. Lütfü müəllimlə görüşdüm, dedi ki, Almaniya dramaturgiyası festivalı üçün Nobel mükafatı laureatı Leonqard Frankın “Yad adam” əsəri tamaşaya qoyulmalıdır. Teatrın o vaxtki direktoru rəhmətlik Əli İsmayılovla  məsləhətləşib tamaşanı mənə tapşırmağı qərarlaşdırıblar. Onu da qeyd edim ki, Əli İsmayılov teatrı, dramaturgiyanı, ümumiyyətlə teatr psixologiyasını mükəmməl bilən teatr rəhbəri idi.  Çox nadir halda teatr rəhbərinin intellektual səviyyəsi, teatrın təşkilatı və iqtisadi həyat fəaliyyətini mükəmməl bilməsi ilə tutduğu vəzifənin vacib şərtləri vəhdət təşkil edir.

...Tamaşanı teatrın o vaxtkı baş rejissoru və pyesin tərcüməçisi

Xalq artisti Tofiq Kazımov hazırlamalı idi... Vaxtsız vəfatı buna imkan vermədi...1980 çı il avqust ayının ikisində qəflətən dünyasını dəyişdi... 

Rəhmətlik Tofiq müəllim rolları da bölmüşdü...Əli müəllim mənə bildirdi ki, rolları yenidən bölədə bilərsiz. Mən dedim Tofiq müəllim necə bölübsə elə  qalsın. Əli müəllim mənə diqqətlə baxıb mənalə təbəssümlə gülümsündü və dedi, - Akademik teatrda ilk tamaşandır, çətin olar sənin üçün...o bölgüdə mürəkkəb xasiyyətli aktyorlar var...Onlarla rəhmətlik Tofiq müəllim bacarırdı...

Rol bölgüsünü dəyişmədim...Necə aktyorlar var idi...Necə ansambl idi...Xalq artisləri Məlik Dadaşov, Mikayıl Mirzə, Zərnigar Ağakişiyeva, Lütfü Məmmədbəyov, Ramiz Məlik, Səidə Quliyeva, Zemfira Nərimanova və xətrini dünyalarca istədiyim, baş rollardan birini məharətlə ifa edən Səfurə xanım... Olduqca səmimi, təbii,  tamaşaçı qəlbinə yatan aktrisa idi. Cingiltili səsı vardı... Səhnə paklıqı vardı, təbii uşaq pakığı. Xanım paklğını səhnədə oynamaqla yaratmaq mümkün deyil...Paklıq gərək sənətarın varlığında, aurasında olsun. Səfurə xanım belə pak aktrisa idi... Heyif ki, incik getdi...

Heyif ki, səhnəmizin Bahar qızı bu dünyadan...gəncliyini fəda etdiyi sənətindən...sağlamlığını qurban verdiyi səhnədən küskün...incik getdi...

(Azərbaycan Xalq artisti Akademik Dram teatrın sabiq baş rejissoru Tofiq  Kazimov)

Qurbanov Oruc

Lənkəran Dövlət Dram Teatrının Baş rejissoru

Əməkdar incəsənət xadimi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR