Slimfit
  1. MEDİA

Xalqımız öz prezidentinə güvənir

Xalqımız öz prezidentinə güvənir
Sakura

Xalqımız öz prezidentinə güvənir

Dövlət rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. 

Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini, Orduda mövcud olan yüksək döyüş əhval-ruhiyyəsini göstərdi. Generalımızın əsgərlə birlikdə səngərdə şəhid olması Azərbaycan xalqının torpaqlarımızın bütövlüyünü qorumaq əzmində olduğunu və Ermənistanın istənilən provakasiyasına cavab vermək gücünün mövcudluğunu göstərdi. Ölkə başçısı bildirdi ki, Ermənistanın provakasiyasına bundan sonra da ən yüksək səviyyədə cavab veriləcək. Həmçinin, on minlərlə Azərbaycan gəncinin paytaxtda və regionlarda küçəyə çıxaraq Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, Ordu ilə xalq birdir və Ali Baş Komandanın apardığı siyasət cəmiyyət tərəfindən dəstəklənir. 

Çox təqdirəlayiq haldır ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilmişdir.. 

Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

 Vətəndaşları narahat edən məsələlərin həllinə Azərbaycan Prezidenti hər zaman həssaslıqla yanaşıb. 

Ermənistanın təcavüzü nəticəsində Tovuz rayonunun 6 yaşayış məntəqəsinə və təxminən 35-ə yaxın fərdi evə ziyan dəyib. Bununla yanaşı dövlət əmlakına, sosial obyektlərə, qaz borularına, elektrik və rabitə xətlərinə ciddi zərər dəyib. Artıq bu istiqamətdə də təxirəsalınmaz tədbirlər həyata keçirilir. Qısa müddətdə dəymiş zərərin aradan qaldırılması öz həllini tapacaq. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti ilk növbədə vətəndaşın yanındadır. 

Bundan əlavə, dövlət başçısı tərəfindən döyüşdə şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə mənzil verildi. Heydər Əliyev Fondunun rəhbəri, insanların yanında olan, Azərbaycan vətəndaşının ağrısına, acısına hər zaman şərik olan, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman olduğu kimi bu dəfə də öz humanistliyini və xeyirxahlığını bütün dünyaya nümayiş etdirərək şəhid olmuş 12 hərbçi ilə bağlı dərhal Heydər Əliyev Fonduna tapşırıq verdi. Artıq Fondun əməkdaşları həmin şəhidlərin ailə üzvləri ilə görüşlərə başlayıb və onları narahat edən problemlərin həlli istiqamətində bütün tədbirlər həyata keçirilir. Mehriban xanım bununla bir daha nümayiş etdirdi ki, cənab Prezidentimizin ən yaxın silahdaşıdır və Azərbaycan xalqını narahat edən bütün məsələlərdə öz gücünü səfərbər edir”. 

Koronavirus pandemiyası dövründə dünyanın ən inkişaf etmiş ölkələrində müəyyən sosial layihələr təxirə salınsa da, Azərbaycan dövləti xüsusən pandemiya dövründə sosial layihələrin coğrafiyasını daha da genişləndirib. Buna misal olaraq, insanların məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlara dövlət dəstəyi ilə bağlı tədbirləri deyə bilərik. Eyni zamanda istər cəbhəyanı ərazilərdə, istərsə də digər bölgələrimizdə infrastruktur layihələr həyata keçirilir. Bunun bariz nümunəsi olaraq Cocuq Mərcanlının tamamilə yenidən qurulması, mənzillərin tikilməsi, bütün infrastruktur layihələrin həyata keçirilməsini göstərə bilərik. Həmçinin dövlət başçısı şəhid ailələrinə, Qarabağ əlillərinə daha çox həssaslıqla yanaşır. Bu qəbildən olan 7 600-dən çox insana fərdi mənzillərin verilməsi həyata keçirilib. 

Respublika rəhbərliyinin addımlarını yüksək dəyərləndirir və hər zaman ona dəstək olmağa hazırıq! 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR