Slimfit
  1. İQTİSADİYYAT

Xalq Bank 2023-cü ilin II rübünün yekunlarını açıqladı

Xalq Bank 2023-cü ilin II rübünün yekunlarını açıqladı
Sakura

Xalq Bank 2023-cü ilin II rübünün yekunlarını açıqladı

Ens.az Banker.az-a istinadən xəbər verir ki, 2023-cü ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.4% artaraq 2 871.3 mln manat, kredit portfelinin həcmi 22.9% artaraq 1 810.7 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 054.1 mln manat təşkil etmişdir ki, bu da 2022-ci ilin II rüb göstəriciləri ilə müqayisədə 20.4% çoxdur.

2023-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 37.9 mln manat təşkil etmişdir. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40.9%, faiz gəlirləri isə 43.3% artmışdır. Hesabat dövrünə Bankın cəmi kapitalı 485.7 mln manat təşkil etmişdir.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR