Dərc edildi: Baxış sayı: 277
Xalq artistinin qızı işdən çıxarıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.
Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bir rentgenoloq, iki stomatoloq, üç tibb bacısı və bir terapevt öz ərizələri ilə işdən çıxarılıb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət