Slimfit
  1. MƏDƏNİYYƏT

Xalq artisti, xanəndə Əbülfət Əliyevin xatirəsi yad ediləcək

Xalq artisti, xanəndə Əbülfət Əliyevin xatirəsi yad ediləcək
Sakura

Xalq artisti, xanəndə Əbülfət Əliyevin xatirəsi yad ediləcək

Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Əbülfət Əliyevə həsr olunacaq.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 20 -si saat 19:00-da BMM-nin “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, xanəndə Əbülfət Əliyevin xatirəsi yad ediləcək.

Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlar arasında mahir xanəndə Əbülfət Əliyevin məxsusi yeri var. Həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub.

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Ərtaflı məlumat üçün BMM-nin Facebbok və İnstagram səhifələrini izləyin. Informasiya dəstəyi Mədəniyyət kanalı və Asan radiodur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR