Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xalis balı necə ayırd etmək olar? - Qayda

Xalis balı necə ayırd etmək olar? - Qayda
Sakura

Xalis balı necə ayırd etmək olar? - Qayda

Qışda soyuqdəymədən qorunmağın ən dadlı vasitələrindən biri də baldır. Lakin bizi çox vaxt bir problem narahat edir. Görəsən aldığım bal xalisdirmi?

Publika.az xalis balı ayırd etməyin üsullarını təqdim edir.

 

Balın arı şanı balı, şabalıd balı, pətək balı, şam balı, kəklikotu balı və s. növləri var. Ən keyfiyyətli bal saf və nisbətən qatı olan baldır. Bu faydalı təam qlükoza, fruktoza, dəmir, kalsium, fosfat, natrium, xlor, kalium, maqnezium kimi minerallardan ibarətdir. Ay B1, B2, B3, B5, B6 vitaminləri ilə olduqca zəngin qida qaynağıdır. Buna görə balın güclü antiseptik, antibakterial xüsusiyyəti vardır. Bu xüsusiyyəti sayəsində bir çox xəstəliklərin qarşısını alır. Bal çox güclü enerji qaynağıdır. Qida dəyəri yüksək olan bal, qan azlığından əziyyət çəkənlər üçün əla vasitədir. Bədəni və gözləri qüvvətləndirir, boğaz ağrıları və iltihablarda faydalıdır, mədə və bağırsaqlardakı yaralara xeyirlidir, əsəbləri sakitləşdirir. Bal güclü ürək döyüntüsü və yüksək təzyiqdən qoruyur. Qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, damar sərtliyinə faydalıdır. Südə qarışdırılmış bal bağırsaqdakı parazitləri məhv edir. Bal yaraların tez sağalmasına kömək edir. İlıq su ilə qarışdırır, şərbət hazırlayaraq içilsə, bir neçə dəqiqədə qana qarışaraq bədənə enerji verir. Şərbəti ilə qarqara boğazı rahatlaşdırır. Qeyd edək ki, 1 yaşına kimi uşaqlara bal verilməsi məsləhət görülmür. Bundan əlavə balın kosmetoloji faydaları da var. Təbii arı balı dərinin gözəlliyi üçün, əvəzsiz vasitədir: dərini nəmləndirir, yumşaldır və qidalandırır. Hazırda satışda baldan hazırlanmış, müxtəlif şampunlar, sabunlar, kremlər və digər kosmetoloji vasitələrə rast gəlmək olar.

Əziz oxucularımız, bal seçimində, xarlanan ballara daha çox üstünlük verməliyik. Balın yüz illərlə xarab olmadan qalmasının səbəbi xarlanmasıdır. Xarlanmış bal heç vaxt öz keyfiyyətini itirmir. Həmçinin, bu şirin qidanı alarkən, olduqca diqqətli davranmalıyıq. Mütləq etibar etdiyimiz, sınanmış mənbələri seçməliyik. Çünki, çox vaxt şəkər ilə düzəldilmiş və ya qatışdırılmış bal satan hiyləgərlərə aldanıb, yanlış seçim edirik. Təqdim etdiyimiz üsullarla aldığınız balın xalis olub-olmadığını asanlıqla yoxlaya biləcəksiniz. Balı qaşıqla götürdükdən sonra, qaşığı çeviririk, bal qırılmırsa, deməli heç bir qatqısı yoxdur.inci üsul isə balın qoxusuna görə ayırd edilməsidir. Məsələn şam balından mütləq şam ətiri gəlməlidir. Süni hazırlanmış balların isə heç bir qoxusu olmur.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR