Slimfit
  1. İQTİSADİYYAT

“Xaliq Faiqoğlu” şirkəti üçün “SOCAR” brendli yanacaqdoldurma məntəqəsi tikiləcək

“Xaliq Faiqoğlu” şirkəti üçün “SOCAR” brendli yanacaqdoldurma məntəqəsi tikiləcək
Sakura

“Xaliq Faiqoğlu” şirkəti üçün “SOCAR” brendli yanacaqdoldurma məntəqəsi tikiləcək

“Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR Petroleum” QSC arasında şirkətə məxsus olan avtobusların keyfiyyətli yanacaqla təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin tikintisinə dair müqavilə imzalanıb.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, imzalanmış müqaviləyə əsasən qısa müddətdə şirkətə məxsus olan Təmir Mərkəzində “SOCAR” brendli, modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkəti Bakının mərkəzində xidmət göstərən marşrut xətlərində dizel yanacaqlı mühərriklə təchiz edilmiş və “Avro 5” standartlarına cavab verən nəqliyyat vasitələrini istismar edir.

Hazırda 18 saylı marşrut xəttində CNG yanacağı ilə işləyən və “Avro 6” standartlarına cavab verən avtobus test rejimində fəaliyyətini davam etdirir.

“SOCAR Petroleum” 2008-ci ildən ölkə ərazisində “SOCAR” brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır. Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı, qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur. Bundan başqa Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (CNG) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq CNG yanacağının satışı fasiləsiz olaraq təmin edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR