Xaçmazda kurikulumlar üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və yoxlanılmasına dair kurslar…
Dövlət İmtahan Mərkəzi (DİM) Xaçmaz şəhərində Akademik Z.Əliyeva adına 8 nömrəli tam orta məktəbdə (Xaçmaz şəhəri, H.Z.Tağıyev küç., 78) Azərbaycan dili, coğrafiya, tarix, riyaziyyat, ingilis dili, biologiya, rus dili və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər. İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib. Onlar kalibrləmə prosesində iştirak ediblər.
Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Sertifikat almış seminar iştirakçıları gələcəkdə müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb olunacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət