Slimfit
  1. SİYASƏT

“Xaçatryanın qardaşı da soyqırımıda iştirak edib”

“Xaçatryanın qardaşı da soyqırımıda iştirak edib”
Sakura

“Xaçatryanın qardaşı da soyqırımıda iştirak edib”

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verirlər.

Prosesdə ilk olaraq Meşəli kənd orta məktəbinin direktoru olmuş Alış Alışov ifadə verib.

Zərərçəkmiş deyib ki, hadisə baş verən gün, 23 dekabrda ailəsi ilə birgə kənddə olub. A.Alışovun sözlərinə görə, Meşəli soyqırımında V.Xaçatryanın qardaşı da iştirak edib:

“Bu cür dəhşətli faciə görünməyib. Həmin gün qonşum Qəniməti balta ilə vurub yıxdılar, sonra güllələməyə başladılar. Qənimətin evindən 4 şəhid oldu. Elə bil ki, bütün Badara hücuma keçmişdi. Digər kəndli Novruz kişinin ailəsini məhv etdilər. 325 nəfərdən 25 nəfərin şəhid olması nə deməkdir? Biz Xaçatryanı görmüşük. Buna ən ağır cəza istəyirik”.

Qeyd edək V.Xaçatryan Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR