Slimfit
  1. CƏMİYYƏT

Xaçatryanın məhkəməsi keçirilir

Xaçatryanın məhkəməsi keçirilir
Sakura

Xaçatryanın məhkəməsi keçirilir

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi alınır.

İş üzrə dövlət ittihamını xüsusi olaraq baş prokurorun köməkçisi, üçüncü dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov və İttiham idarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.

İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.

***

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Bayram Hacıyev ifadə verib.

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi şəxsən tanımasa da, onun əməllərindən xəbərdar olduğunu deyib. Hacıyevin sözlərinə görə, hadisə vaxtı bütün kənd camaatı hücum edən dəstədə Vaqif Xaçatryannın da olduğunu deyirdilər:

“Hadisə günü və səhəri hamı Vaqif, Vaqif deyirdi. Hamı deyirdi ki, Vaqifin dəstəsidir.

Yadıma gəlir, rəhmətlik Qənimət kişi var idi, onun uşağını çaydandakı qaynar su ilə yandırdılar. Ümumiyətlə insanların çoxunu yandırırdılar”.

Zərərçəkmiş V.Xaçatryanın ən ağır şəkildə cəzalandırılmasını istəyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR