Dərc edildi: Baxış sayı: 921
“X” sosial şəbəkəsi “YouTube”un analoqunu yaradır
Milyarder İlon Maska məxsus “X” sosail şəbəkəsi “YouTube” ilə rəqabət aparmaq üçün Amazon və Samsung Smart TV-lər üçün proqram təqdim edəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “Fortune” jurnalı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış YouTube tətbiqi ilə eyni olacaq.
Mənbə bildirib ki, Mask “YouTube” ilə rəqabət aparmaqda qərarlıdır.
Beləliklə, amerikalı milyarder “X” istifadəçilərini “böyük ekranda uzun videolara” baxmağa inandırmaq və reklam verənləri sosial şəbəkəyə cəlb etmək istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət