Slimfit
  1. TEXNOLOGİYA

Windows üçün ən yaxşı 5 təmizləmə proqramı

Windows üçün ən yaxşı 5 təmizləmə proqramı
Sakura

Windows üçün ən yaxşı 5 təmizləmə proqramı

Kompüteriniz lazımsız fayllar və ya digər səbəblərdən yavaşlayıbsa, onu əvvəlki vəziyyətinə gətirmək üçün bir çox təmizləmə proqramından istifadə edə bilərsiniz.

 

TED.az Windows əməliyyat sistemini təmizləyib sürətləndirən 5 fərqli proqramı təqdim edir:

 

1. Daxili pulsuz Windows 10 təmizləyicisi

 

Əgər kompüterinizin əməliyyat sistemi Windows 10-dursa başqa bir təmizləmə proqramı yükləməyinizə ehtiyac yoxdur. Windowsun içində yüklənmiş vəziyyətdə olan təmizləyici lazımsız faylları silərək boş yer aça bilir. Bu təmizləmə funksiyasını aktivləşdirmək üçün sırayla Parametrlər > Sistem > Yaddaş bölməsinə keçin və “Diskdə indi yer aç” menyusunu seçin.

 

 

Eyni səhifədə proqramlarla bağlı faylları necə silmək istədiyinizi və ya müəyyən müddətdən sonra “Yüklənənlər” bölməsindəki faylları avtomatik olaraq silmək istəyib istəmədiyinizi də tənzimləyə bilərsiniz.

 

2. Windows Disk Təmizləmə

 

Kompüterinizdə Windows 10 yox, başqa bir Windows əməliyyat sistemi işlədirsinizsə, yenə də əlavə təmizləmə proqramı yükləməyinizə ehtiyac yoxdur. Qeyd edək ki, bu funksiyadan Windows 10-da da yararlana bilərsiniz.

 

 

Bu funksiyaya axtarış bölməsinə disk təmizləyicisi yazaraq keçid edə bilərsiniz. Əlavə olaraq, təmizləmək istədiyiniz drayveri seçdikdən sonra ən alt hissədə yerləşən “xassələr” menyusuna keçid edərək “ümumi” bölməsi altındakı “Disk təmizləmə”ni seçin.

 

3. CCLEANER

 

Təkcə Windows üçün deyil, eyni zamanda, mobil telefonlar və MacOS üçün də istifadə edə biləcəyiniz Ccleaner tətbiqi pullu və pulsuz olmaqla 2 fərqli paket təqdim edir. İllər öncə zərərli proqram hesab edildiyi üçün istifadəçilərini az da olsa itirsə də, hal-hazırda tamamilə təhlükəsiz təmizləmə proqramı olaraq istifadə edilir.

 

 

4. AVAST CLEANUP

 

Bu sistem təmizləyicisi məşhur antivirus proqramları istehsalçısı Avast tərəfindən istifadəyə verilib. Avast Cleanup güvənli və istifadəsi rahat təmizləmə proqramı axtaranlar üçün yaxşı seçim ola bilər. Lakin bu təmizləyicinin sadəcə pullu versiyası mövcuddur. Buna baxmayaraq, istifadəçilər sınaq versiyasını yükləyərək məyyən bir müddət pulsuz istifadə edə bilərlər.

 

 

5. ADVANCED SYSTEMCARE

 

Advanced Systemcare kompüterinizdəki lazımsız faylları təmizləmək və əməliyyat sisteminizi optimallaşdırmaq üçün hazırlanmış başqa bir təmizləyici proqramdır. Bu tətbiq kompüterdə bütün optimallaşdırılmaları bir-bir etməklə onu ilk günkü vəziyyətinə qaytaracaq. Qeyd edək ki, proqram istifadəçilərə pulsuz təqdim olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR