Slimfit
  1. TEXNOLOGİYA

“Windows” sistemində yeni “sıfır gün” boşluğu aşkar edilib

“Windows” sistemində yeni “sıfır gün” boşluğu aşkar edilib
Sakura

“Windows” sistemində yeni “sıfır gün” boşluğu aşkar edilib

“Eset” antivirus istehsalçısı “Windows” sistemində yeni boşluq aşkar edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “CVE-2019-1132” adlandırılmış “sıfır gün” boşluğu  “win32k.sys” komponentindəki imtiyazların lokal səviyyədə artırılmasını həyata keçirir. Eksploitin quraşdırılmasından sonra cinayətkarlar qurbanın kompüteri üzərində tam nəzarəti ələ keçirmək imkanı əldə edirlər.
 
Aşağıdakı əməliyyat sistemləri sözügedən boşluğa qarşı dayanıqsızdır: “Windows 7” (x32); “Windows 7” (x64); “Windows Server 2008” (x32); “Windows Server 2008” (x64); “Windows Server 2008 R2”; “Windows Server 2008 R2” (x64).
 
“Windows 8” və sonrakı versiyalarda belə hücumlara qarşı müdafiə mexanizmləri nəzərdə tutulub.
 
“Eset” şirkətinin ekspertləri bu boşluq haqqında “Microsoft” korporasiyasına məlumat veriblər və şirkət xüsusi yeniləmə çıxararaq problemi aradan qaldırıb.
 
2019-cu il iyulun 9-da “Microsoft” öz proqram məhsulları üçün aylıq yeniləməsini təqdim edib. Bu dəfə 77 boşluq aradan qaldırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR