Slimfit
  1. TEXNOLOGİYA

"Windows 11"də superkeyfiyyət funkisiyası yarandı

"Windows 11"də superkeyfiyyət funkisiyası yarandı
Sakura

"Windows 11"də superkeyfiyyət funkisiyası yarandı

"Microsoft" korporasiyası "Windows 11" əməliyyat sistemində yeniliklərin tətbiqini davam etdirir. Bu dəfə şirkət şəklin ölçüsünü keyfiyyət itkisi olmadan 8 dəfə artıra bilən superkeyfiyyət (superresolution) funksiyasını təqdim edib. Süni intellekt əsasında işləyən bu seçim artıq beta-testerlər üçün əlçatandır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu barədə əməliyyat sisteminin saytında bildirilib.

Superkeyfiyyət fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün neyron prosessor və xüsusi alqoritmlər istifadə edir. Hələlik bu funksiya yalnız bu ilin mayında buraxılmış "Qualcomm" çipləri əsasında "Copilot+" kompüterlərində mövcud olacaq. Lakin "Microsoft" gələcəkdə bu seçimin əlçatanlığını genişləndirməyi planlaşdırır.

"Windows 11"də daxili şəkil redaktoru indi sürüşdürücü vasitəsilə yaxşılaşdırılmış şəklin istənilən ölçüsünü seçməyə imkan verir. "Microsoft"un bildirdiyinə görə, superkeyfiyyət xüsusilə köhnə şəkillərin bərpası və aşağı keyfiyyətli şəkillərin plakatlarda çap üçün hazırlanması üçün faydalı olacaq.

 

Bundan əlavə, bütün "Windows 11" istifadəçiləri daxili "Şəkillər" tətbiqində optik simvol tanıma (OCR) texnologiyasına çıxış əldə edəcəklər. Süni intellekt alqoritmləri şəkillərdəki mətni tanıya və onu gələcək istifadə üçün mübadilə buferinə köçürə biləcək. Qeyd edək ki, "Windows 11"də OCR dünyanın 160-dan çox dilini dəstəkləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR