Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp”da yeni təhlükə

“WhatsApp”da yeni təhlükə
Sakura

Cinayətkarlar “WhatsApp” sosial şəbəkəsindən istifadəçilərin foto və sənədlərini oğurlayır

Cinayətkarlar məşhur “Viber” messencerinə oxşar casus proqram təminatı vasitəsilə “WhatsApp” sosial şəbəkəsindən istifadəçilərin foto və sənədlərini oğurlayır. 

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı ESET şirkəti xəbərdarlıq yayıb. 

Yalançı “Viber” cihazın Android bazasına hücum edir. Təhlükəni şirkətin təhlükəsizlik üzrə mütəxəssisi Lukas Stefanko aşkarlayıb. Məlumatlara görə, saxta “Viber” proqramını 500 milyondan çox istifadəçi yüklədiyi üçün ona 4,3 qiyməti verilib və “Google Play”də orijinal proqram kimi qeyd edilib. 

Smartfonda və ya planşetdə proqram quraşdırılarkən əlaqələrə, zənglərə, mesajlara audiofayllara və SD-karta giriş hüququ qadağan olunur. Bununla da, proqram “WhatsApp” və “WeChat” vasitəsilə göndərilən bütün fotoları və yüklənən faylları ələ keçirə bilir. 

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər “Google Play” vasitəsilə orijinal proqramların köçürülməsi ilə bağlı xəbərdarlıq ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR