Dərc edildi: Baxış sayı: 737
"WhatsApp"da təhlükə: yeni qorxulu oyun sürətlə bütün dünyaya yayılır
Mavi balinaya bənzəyən yeni qorxulu oyun yaradılıb.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Momo adlanan oyun "WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə yayılır.
Hazırda polis Latın Amerikası ölkələrində, İspaniyada oyunla bağlı polis araşdırmalara başlayıb.
İddialara görə, oyun İspaniyada yaradılıb. "WhatsApp" istifadəçilərindən biri qorxu filmlərindəki oyuncaqları əks etdirən fotoyla hesab yaradıb və bu nömrə sosial şəbəkələrdə yayılıb. Kim bu nömrə ilə əlaqə yaratsa, həmin şəxsin telefonundakı informasiyalar ələ keçirilir və ona qorxulu şəkillər göndərilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət